Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Xocalı soyqırımının qurbanları anılıb

26 fevral 2021 | 11:00

Xocalı soyqırımın 29-cu ildönümü ilə əlaqədar bu gün Yasamal rayon Heydər Əliyev Mərkəzində “Qan rəngli dərdimiz” adlı sərgi keçirilib. Sərgidə bir qrup Azərbaycanlı rəssamın Xocalı soyqırımına həsr edilmiş əsərləri nümayiş etdirilib. Sərgiylə tanış olan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Azərbaycan xalqı heç zaman 1992-ci ildə Xocalıda baş verən insanlıq facəsini unutmayacaq. Elşad Həsənov Xocalı faciəsinə həsr edilmiş incəsənət əsərlərinin bu işdə mühüm amil olduğunu vurğuladı və rəssamlara zəhmətlərinə görə təşəkkürünü bildirdi.

Öz növbəsində təşkilatçı və müəlliflər bu tədbirə ev sahibliyi etdiyinə görə Yasamal rayon İcra Hakimiyyətinə  və Yasamal rayon Heydər Əliyev Mərkəzinə minnətdarlığını ifadə etdilər. Rəsm müəlliflərindən biri, təşkilatçı Pərviz Heydəroğlu Xocalıda dinc əhalinin üzləşdiyi faciəni canlandırmaq istədiklərini qeyd etdi. Sərgidə həmçinin qeyd olundu ki, yaradılan əsərlər bu günkü və gələcək nəsillər üçün bir növ qan yaddaşı rolunu oynayacaq.

 

 

Keçidlər