Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal şəhidlərinin xatirəsi əbədi yaşayacaq

22 fevral 2021 | 11:00

Bu gün Yasamal rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailələrinə xüsusi xatirə xalçaları təqdim edilib. Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, şəhid hərbi qulluqçularımızın xatirəsini yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Belə ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük müharibə zamanı tarixi bir qələbə qazandı. Bu qələbə uğrunda canlarından keçən hər bir şəhidin xatirəsi bizim üçün əzizdir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı şəhidlərin xatirəsini yaşadan bu layihəyə görə, “Merinos xalça dünyası” MMC-nin rəhbərliyinə təşəkkürünü bildirdi.

Öz növbəsində cəmiyyətin direktoru Əhməd Hüseynov qeyd etdi ki, Yasamal şəhidləri Fərid Ələkbərov və Teymur Abbasovun rəsmilərini xalçada toxunması yüksək keyfiyyət və standartlarla həyata keçirilib. Xalçalar xüsusi çərçivə ilə əhatə olunub. Şirkət rəhbəri digər şəhid ailələrinə də bu cür xalçaların təqdim ediləcəyini bildirdi.

Öz növbəsində şəhid yaxınları həm Yasamal rayon İcra Hakimiyyətinin başçısına, həm özəl sektor nümayəndələrinə şəhidlərin xatirəsini yaşatdıqlarına görə minnətdarlığını bildirdilər.

Keçidlər