Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ildönümü qeyd olunub

13 fevral 2021 | 11:00

Yasamal rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ildönümü ilə əlaqədar təltifetmə mərasimi keçirilib.Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, 44 günlük Vətən Müharibəsi hərbi çağırışın nə dərəcədə əhəmiyyətli məsələ olduğunu göstərdi. Elşad Həsənov müharibə zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Yasamal rayon İcra Hakimiyyətinin sıx və faydalı əməkdaşlıq etdiyini xatırlatdı.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, müharibə dövründə Yasamal rayonundan yüzlərlə gənc hərbi xidmətə yollanıb.Bu gün Yasamal rayonundakı şəhid ailələri diqqət və qayğı ilə əhatə olunub.

Bildirildi ki, müharibə zamanı qismi səfərbərliyin operativ aparılması üçün Yasamal rayon İcra Hakimiyyəti aparatının, Yasamal bələdiyyəsinin, Mənzil-kommunal təsərrüfatı birliyinin işçləri maksimum səy göstəriblər. Öz növbəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov bu dəstəyə görə Yasamal rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdi. Sonra rayonun ictimai-siyasi həyatında fəal iştiraka görə Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun imzası ilə fəxri fərmanlarla təltif olundular. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşına Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edildi.

Keçidlər