Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda şəhid hərbi qulluqçumuz yad edilib

12 fevral 2021 | 11:00

Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Qoşqar Hacıyevin vəfatının ildönümü ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin məzarını ziyarət edib. Şəhidin xatirəsi yad edilib, ruhuna dualar oxunub. Məhrumun ailə üzvləri ilə söhbət zamanı Elşad Həsənov onların gündəlik qayğı və problemləri ilə maraqlanıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə silahlı qüvvələrimiz 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazandılar. Elşad Həsənov qazi və şəhid ailələrinin dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunduqlarını qeyd etdi. Tədbirdə Yasamal rayonundan seçilmiş millət vəkilləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon bələdiyyəsinin nümayəndələri iştirak etdilər.Şəhid ailəsinin üzvəri məhrumun vəfatının ildönümündə onu yad etdiklərinə görə Elşad Həsənova minnətdarlığını ifadə etdilər.

Xatırladaq ki, Qoşqar Hacıyev 2015-ci ilin sentyabr ayında düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən ağır yaralanmışdı. O, Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə dəfə Türkiyədə müxtəlif xəstəxanalarda müalicə olunmuşdu.Qoşqar Hacıyev uzun müddətli müalicə və həkimlərin bütün səylərinə baxmayaraq ötən ilin fevral ayında vəfat etmişdir.

Keçidlər