Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Türkiyə səfiri ilə görüş keçirilib

10 fevral 2021 | 11:00

Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoralın diplomatik missiyasının başa çatması münasibətilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində görüş keçirilib. Görüşdən öncə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Türkiyə səfiri Mərkəzdəki Heydər Əliyev abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndəri yad ediblər.

Daha sonra tədbirdə Azərbaycan-Türkiyə münasibətlərinin tarixindən və bu günündən bəhs edən filmlər nümayiş etdirildi.Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, ikitərəfli əlaqələr Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə əsaslanır və bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirdi. Elşad Həsənov Vətən müharibəsi zamanı Türkiyə rəhbərliyinin və xalqının mənəvi və siyasi dəstəyini əvəzolunmaz adlandırdı.

Öz növbəsində Erkan Özoral təşkil edilən tədbirə və səslənən isti sözlərə görə, Yasamal rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirdi.Türkiyəli diplomat Bakıda çalışdığı müddətdə Yasamal rayonunda yüksək qonaqpərvərlik və gözəl münasibətlə qarşılaşdığını xatırlatdı. Erkan Özoral Azərbaycandan xoş və unudulmaz xatirələrlə ayrıldığını qeyd etdi.

Tədbirin sonunda xatrirə fotoları çəkildi.

Keçidlər