Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda məhəllədaxili yollara asfalt örtüyü döşənir

04 fevral 2021 | 11:00

Vətəndaşların gediş-gəlişinin rahatlığını təmin etmək məqsədilə paytaxtın Yasamal rayonu ərazisində aparılan kompleks tədbirlər yeni mərhələyə daxil olub. Yasamal rayonunun müxtəlif ünvanlarında Yasamal rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ərazilərə baxış keçirilmiş və məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi işlərinin sürətləndirilməsi qərara alınmışdır.

Yasamal rayonu sakinlərinin müraciətlərini nəzərə alaraq Yasamal rayon  İcra Hakimiyyətinin təşəbbüsü ilə məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə başlanılıb. Təmir-bərpa işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı küçə və yollarda aparılır.

Aparılan asfaltlama işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır. Daha sonra isə yeni asfalt örtüyü döşənir.Cari mərhələdə Yasamal rayonu ərazisində ümumilikdə 15.000 kv.m. ərazidə asfalt örtüyünün təzələnməsi nəzərdə tutulub.Yasamal rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq asfalt örtüyünə ehtiyacı olan məhəllədaxili yollara  asfalt örtüyünün çəkilməsi  işləri davam etdiriləcəkdir.

Keçidlər