Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar- Memorial Abidə Kompleksi önünə şəhidlərimiz anıldı

20 yanvar 2021 | 11:00

Yasamal Rayon İcra Hakimiyyəti 20 Yanvar Memorial Abidə Kompleksinin önündə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan tədbir keçirdi.

Tədbir saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi, bir dəqiqəlik sükutla başladı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdi.

Tədbirdə rayondan seçilmiş deputatlar, rayonun hüquq-mühafizə orqanlarının, rayon Bələdiyyəsinin rəhbərləri abidə önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsini yad etdilər.

Keçidlər