Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır.Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.
Prezident İlham Əliyev: Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.
Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır.
Cənab prezidentin vurğuladığı kimi, “Bu Qələbə tarixdə əbədi qalacaq.
Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.
Deyilmişdi ki:
• Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq;
• Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək;
• Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq;
• Azərbaycan münaqişəni istənilən yolla həll edəcək.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi.”
Cənab Prezidentin qeyd etdiyi kimi, “Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu.Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən, ağ bayraq qaldırdıqdan sonra dayanıb.”
... Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik.Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli,əxlaqlı orduya malik olduğunu göstərdi.
Sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır.
Prezident İlham Əliyev: Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz.
... Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir.
Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq.
Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat oraya gedə bilməz.
Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi.
Sülhməramlıların humanitar işlərlə məşğul olması imzalanmış bəyanatda təsbit edilməsə də, Azərbaycan buna göz yumur. Çünki orada insanlar yaşayır, müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın.
Azərbaycan koronavirusla mübarizədən şərəflə çıxır.
Dünyanı cənginə alan koronavirus dönəmində, Azərbyacan bu bəladan qorunmaq üçün bir sıra qabaqlayıcı tədbirlər görüldü.
• Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib;
• Laboratoriyalar alınıb;
• Həkimlər səfərbər olunub, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqqılarının 3-5 misli həcmində maaş alırlar;
• Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi;
• Bu ay ərzində Azərbaycana peyvənd gətiriləcək, bütün kontraktlar imzalanıb;
• İnsanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq.
Son olaraq Ölkə rəhbəri, Ali Baş Komandanın haqq olaraq vurğuladığı kimi “Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir.”
İsmayıl Məmmədli
Bakı Dövlət Universiteti Tarix fakültəsi II kurs tələbəsi