Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrinə baş çəkib

29 dekabr 2020 | 11:00

İkinci Qarabağ müharibəsinin qazi və şəhid ailələrinə dəstək olmaq məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov daha bir neçə şəhid ailəsini ziyarət edib. Elşad Həsənov şəhid yaxınları ilə söhbət edib və gündəlik qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə ərzaq sovqatları təqdim edilib.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə silahlı qüvvələrimiz Qarabağda tarixi qələbə qazandılar və indi biz şəhid ailələri və qazilərimizə hər cür mənəvi və maddi dəstək göstərməliyik. Elşad Həsənov bildirdi ki, Yasamal rayonundan olan qazi və şəhid ailələri dövlət tərəfindən xüsusi diqqətlə əhatə olunacaq. Şəhid ailəsinin üzvləri onlara verilən bu yüksək dəyərdən məmnun qaldıqlarını qeyd etdilər.

Yasamal rayon İcra Hakimiyyəti başçısının rayondakı qazi  və şəhid ailələrinə ziyarəti davam edir.

Keçidlər