Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda dezinfeksiya tədbirləri davam edir

19 dekabr 2020 | 11:00

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində paytaxtın Yasamal rayonunda bu həftə sonu profilaktik dezinfeksiya işləri aparılıb.Yasamal rayon İcra Hakimiyyəti nəzdində Operativ Qərargahdan verilən məlumata görə,  Yasamal rayonunun yaşayış binalarında, blok və pilləkənlərdə, liftlərdə, məişət tullantıları üçün konteynerlər ətrafında, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Bu işə Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi bütün imkanlarını cəlb edib. Yasamal rayonunda mütəmadi qaydada aprılan tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər xüsusi kimyəvi vasitələrlə həyata keçirilib.

Keçidlər