Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda pandemiya ilə əlaqədar reydlər gücləndirilib

27 noyabr 2020 | 11:00

Ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində paytaxtın Yasamal rayonunda monitorinq qruplarının fəaliyyəti daha da intensivləşib.Yasamal rayon İcra Hakimiyyətinin koordinasiya etdiyi monitorinq qrupları əhalinin gur toplşadığı məkanlara baş çəkərək karantin qaydalarını təftiş edirlər. Sakinlər və ictimai iaşə obyektlərinin sahibləri ilə maariflndirici söhbətlər zamanı vətəndaşlar gigiyenik vasitələrdən istifadə etməyə və ara məsafə qaydasına riayət etməyə dair xəbərdar olunublar. Karantin qaydalarına dair tövsiyələrə riayət edilməsinin yoxlanılması məqsədilə şəhər nəqliyyatında, ictmai məkanlarda və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması tədbirlərinin vəziyyəti yoxlanılıb və sakinlər arasında izahetmə işləri aparılıb.

Reyd zamanı Yasamal sakinlərinin nəzərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasının zəruriliyi qeyd edilib. Bildirilib ki, sosial məsafə və tibbi qoruyucu vasitələrdən istifadə qaydalarına hər bir vətəndaş əməl etməlidir. Reydlər zamanı aşkar edilən qüsurlar yerində aradan qaldırılıb, qaydalara əməl etməyən hüquqi və fiziki şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş ölçülər götürülüb.

Yasamal rayonunda monitorinq qruplarının reydləri davam etdirilir.

Keçidlər