Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətində növbəti qanvermə aksiyası

05 avqust 2020 | 11:00

Ölkədə qan ehtiyatını artırmaq üçün bu gün Yasamal rayon İcra Hakimiyyətində  qanvermə aksiyası keçirilib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla İcra Hakimiyyəti Aparatının və Yasamal Bələdiyyəsinin kollektivi bu xeyirxah aksiyada fəal iştirak edib. Aksiya paytaxtdakı Milli Hematologiya və Transfuziologiya Mərkəzi həkimlərinin nəzarəti altında baş tutub. Mərkəzin həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilirib. İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin əməkdaşları növbə ilə qan veriblər.

Bu günkü qanvermə kampaniyası Yasamal rayon İcra Hakimiyyəti Aparatı kollektivinin qoşulduğu ilk aksiya deyil. Cari ilin aprel ayında İcra Hakimiyyətinin kollektivi mütəşəkkil qaydada qanvermə aksiyasında iştirak etmişdi.

Keçidlər