Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda profilaktiki reydlər davam edir

04 iyul 2020 | 11:00

Koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının təmini sahəsində vəziyətlə tanış olmaq üçün Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov növbəti reyd keçirib. İcra Hakimiyyətinin başçısı rayon ərazisində fəaliyyət göstərən supermarket, aptek, ödəniş məntəqələri və insanların toplandığı digər ictimai məkanlara baş çəkib. Elşad Həsənov burada vətəndaşlar arasında sanitar və epidimioloji qaydaların mütləq şəkildə riayət olunması barədə sahibkarlıq subyekti sahiblərinə və Yasamal rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinə müvafiq tapşırıqlar verib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarətin sərtləşdirilməsinin zəruriliyini qeyd edib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, sosial məsafə,  tibbi maska, əlcək və tibbi spirtdən istifadə qaydalarına hər bir sakin riayət etməlidir və yalnız bununla koronavirusu lokallaşdırmaq və insanların sağlamlığını təmin etmək mümkün olacaq.

Keçidlər