Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olundu

23 iyun 2020 | 11:00

23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Yasamal rayon İcra Hakimiyyətində təltifetmə mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov dövlət qulluqçularını təbrik edərək onlara peşə fəaliyyətində uğurlar arzuladı. Azərbaycanda dövlət qulluqçusu sisteminin Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulduğunu xatırladan Elşad Həsənov bu gün dövlət idarəetmə aparatının cənab Prezident İlham Əliyev tərəfindən təkmilləşdirildiyini qeyd etdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı ölkədə aparılan kadr islahatları, idarəetmə aparatının təkmilləşdirilməsi barədə məlumat verdi. Elşad Həsənov qeyd etdi ki, dövlət qulluqçusunun əsas məqsədi vətəndaşlara xidmət etmək və bununla da insanların dövlət aparatına olan etimadını daima yüksək saxlamaqdır.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları  fəxri fərmanlarla təltif olundular.

Keçidlər