Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məktəblərində virtual “Son zəng” keçirilib

14 iyun 2020 | 01:00

Ölkədə davam edən karantin rejimi ilə əlaqədar Yasamal rayonunun təhsil ocaqlarında virtual “Son zəng” keçirilib. Belə tədbirlərdən biri də Yasamal rayonunun 20 nömrəli məktəb-liseydə baş tutub və öncə Dövlət himni ifa olunub. Tədbirə videobağlantı formatında qatılan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov məzunları təbrik edib və bundan sonrakı həyatlarında uğur və nailiyyətlər arzu edib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı müəllim və valideynlərə uzun illər çəkdikləri zəhmət və əməyə görə xüsusi təşəkkür edib. Elşad Həsənov məzunlara aldıqları orta təhsildən sonra yerli və xarici universitetlərdə təhsillərini davam etdirməyi və yeni peşələrə yiyələnməyi arzu edib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ifadəsini xatırladaraq təhsilin hər cəmiyyətin inkişafındakı önəmini vurğulayıb. Elşad Həsənov son illər cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə təhsil sahəsində aparılan köklü islahatlar barədə məlumat verdi.

Tədbirdə çıxış edən məktəb rəhbərliyi və məzunlar “Son zəngin” onlar üçün həm sevinc dolu, həm də kədərli bir gün olduğunu etiraf etdilər. Məzunlar təhsil ocaqlarının adını hər zaman uca tutacaqlarına dair söz verdilər.

Keçidlər