Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda 15 iyun - Milli Qurtuluş Günü qeyd olunub

13 iyun 2020 | 11:00

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Bakı Dövlət Universitetinin təşəbbüsü ilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda virtual elmi konfrans keçirilib.Tədbirdə rəsmi şəxslər, millət vəkilləri, elm və ictimai xadimlər çıxış ediblər.

Konfransı giriş sözü ilə açan Universitetin rektoru Elçin Babayev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb.

Videokonfransda çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xatırlatdı ki, 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan müstəqillik qazansa da, erməni təcavüzü, iqtisadi böhran və o zaman iqtidarda olan qeyri-peşəkar insanların yarıtmaz idarəçiliyi müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan qurtardı.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, cəbhədə atəşkəs rejimi əldə edildi, beynəlxalq aləm bizi tanıdı, ölkədə sabitlik yarandı, “Əsrin müqaviləsi” imzalandı, iqtisadiyyata xarici investisiyalar cəlb edildi. Məhz buna görə biz 15 iyunda Milli Qurtuluş gününü qeyd edirik.

Elşad Həsənovun sözlərinə görə, bu gün Ulu Öndərin siyasətini, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük işlər görür: mədəniyyət, elm, təhsil, sosial və digər sahələrdə.

Tədbirdə digər natiqlər də çıxış etdilər və videokonfrans iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşdı.

Keçidlər