Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövründə təhsil müəssisələrində distant təhsilin əhəmiyyəti

11 iyun 2020 | 11:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Yasamal rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 11 iyun 2020-ci il tarixdə “Pandemiya dövründə təhsil müəssisələrində distant təhsilin əhəmiyyəti” mövzusunda gənclərlə onlayn müşavirə keçirilmişdir.

Тədbiri Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açaraq, iştirakçıları salamlamış və mövcud pandemiya şəraitində distant təhsilin önəmindən danışmışdı. İlham Səfərov bildirmişdi ki, hökumətin pandemiyanın ilk günlərindən başlayaraq qəbul etdiyi təxirəsalınmaz qərarlar, habelə ciddi karantin rejiminin tətbiqi nəticəsində ölkədəki epidemioloji vəziyyət nəzarət altında saxlanılmış, bu da öz növbəsində karantin rejimindən mərhələli çıxmaq prossesinə münbit şərait yaratmışdır. İlham Səfərov qeyd etdi ki, pandemiya müddətində təhsil müəssisələrində təhsilin onlayn tədris edilməsi tələbələrin distant təhsildən yararlanaraq tədris ilini başa vurması başlıca məqsədlərdən biridir. Bu baxımdan qəbul olunmuş qanunlar və ölkədə İKT sahəsində aparılan uğurlu dövlət siyasəti haqqında bir sıra məqamlara toxunulmuşdur. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi Maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov «Təhsil hüququ insan hüquqlarından biri kimi», Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov «Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş təhsilalma formaları», Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabbarov «Distant təhsildə İKT-nin rolu» mövzularında çıxışlar etmiş və canlı yayıma qatılan gənclərin distant təhsillə bağlı sualları cavablandırılmışdır.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova karantin rejimi dövründə rayonda, eləcə də rayonda fəaliyyət göstərən təhsil müəssisələrində görülən işlərdən, rayonun orta və ali təhsil müəssisələrində təhsil alan könüllü gənclərin pandemiya dövründə Yasamal rayon İcra Hakimiyyətinin keçirdiyi aksiyalarda iştirakından söz açmışdır.Həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nəsimi, Qaradağ, Səbail rayon Gənclər və İdman İdarələrinin rəisləri, Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, biologiya elmləri doktoru, professor İradə Əliyeva, hüquqşünas, siyasi şərhçi Xəyal Bəşirov, Bakı Avropa liseyinin İKT üzrə direktor müavini Rahilə Əliyarzadə tədbirə qatılmışlar. Onlayn müşavirədə çoxsaylı gənclər iştirak etmişlər.

 

Keçidlər