Şriftin ölçüsü :

Saytın rəngi :

Veteranlar da dövlət başçısı ilə birlikdədir

22 may 2020 | 11:00

Bakı şəhəri Yasamal rayonu veteranları da ölkə əhalisi kimi, hər zaman Azərbaycan Prezidentinin yanında olduğunu təsdiqləyib. Bu gün də belədir.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə ölkəmizdə koronavirus (COVID-19) pandemiyasından qorunmaq məqsədilə təcili tədbirlər görüldü. Şükürlər olsun ki, nəticəsi də müsbətdir. Dünya ictimaiyyəti də bunu təsdiqləyir ki, Azərbaycan Prezidenti öz vətəndaşlarını bu bəladan xilas etmək üçün bütün imkanlardan istifadə edir.

Bu günlərə kimi yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıx-masına qadağa qoyulmuş, vətən-daşlar “Evdə qal” kampaniyasına qoşulmağa çağırılmışdı. Bu çağı-rış, əlbəttə, insanların, o cümlə-dən biz veteranların da sağlamlığı naminə dövlətimizin başçısı tərə-findən atılan ən mühüm addımlar-dan və qabaqlayıcı tədbirlərdən biri kimi olduqca vacib idi.

Cənab Prezidentə nə qədər təşəkkür etsək, dərin minnətdarlı-ğımızı bildirsək də, azdır. Çünki hər zaman Azərbaycan xalqının yanındadır və daim ölkə vətən-daşlarının sosial rifahının yüksəl-məsinə xidmət edən siyasət hə-yata keçirir. Vətəndaşların sağ-lamlığı Prezidentimiz üçün hər şeydən önəmlidir. Bir-iki faktla fikrimi əsaslandırmağa çalışaca-ğam. Prezidentin Ehtiyat Fon-dundan Koronavirusla Mübarizə-yə Dəstək Fonduna ayrılan vəsait, yeni modul tipli xəstəxananın, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı, həmçinin bu çətin günlərdə Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçi-vəsində görülən digər işlər, tele-viziyada izlədiyimiz çıxışlar, açı-lışlarında şəxsən özünün iştirak etdiyi səhiyyə ocaqları, bu və di-gər tədbirlərin həyata keçirilməsi bir daha sübut edir ki, cənab Pre-zident Azərbaycanı yaşadır, inki-şaf etdirir.

Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində ucalt-dığı əzəmətli, müstəqil Azərbay-canın bugünkü inkişafı birmənalı olaraq dövlət başçısının uğurlu siyasətinin nəticəsidir. Bütün dünyanı çənginə alan koronavirusun Azərbaycana təsirinin aradan qaldırılması istiqamətində hazırlanan dövlət proqramı da təsdiq edir ki, ürəyi xalqla döyünən, hər bir və-təndaşının yanında olan Prezidentimiz var. Bu çətin günlərdə xalqın sağlamlığını və rifahını əsas götürərək gördüyü işlər bizi də ölkəmizin firavanlığı üçün əlimizdən gələni əsirgəməməyə həvəsləndirir.

Hazırda Yer kürəsinin 200-dən çox dövlətinin ərazisinə yayılan bu virus ölkəmizdən də yan keç-mədi. Lakin Prezidentimizin uzaq-görən siyasətinin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu yolu-xucu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir.

Bu gün dünyanı aciz vəziyyətə salmış, səhiyyəsi, iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri belə çətinliklər qarşısında qoyan koro-navirusla mübarizədə Prezidenti-mizin xalqımız üçün gördüyü işlər, qəbul etdiyi uzaqgörən qərarlar insanların ona olan inam və güvə- nini daha da möhkəmləndirir.

Prezidentin “1941-1945-ci il-lərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti parlaq təzahürüdür. Bütün bu xeyirxah işlərinə görə Bakı şəhəri Yasamal rayonunun müharibə, əmək və silahlı qüvvələr veteranları adından cənab Prezidentə minnətdarlığımızı, sonsuz təşək-kürümüzü bildiririk.

Son vaxtlar respublikamızda aparılan köklü islahatlar da bir daha göstərir ki, Prezident daim xalqın yanındadır. Aparılan kadr islahatları göstərir ki, cənab Pre-zident xalqımızı düşünür, əhalinin sosial rifah halının yaxşılaşdı-rılması üçün gecə-gündüz yorul-madan çalışır. Lakin bəzi üzdən-iraq məmurlar tutduqları vəzifə-lərdən sui-istifadə edərək xalqın malını talayır, haqqını tapdalayır, yalnız özlərini, ailəsini düşünürlər. Son günlər korrupsiyaya qarşı mübarizə sahəsində atılan qə-tiyyətli addımlar hər birimizin ürəy incədir.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanımız gündən-günə in-kişaf edir, xalqımız əmin-amanlıq içində yaşayır. Bütün bunlara görə cənab İlham Əliyevə bir daha də-rin təşəkkürümüzü bildirir, Azər-baycanı daim irəli aparmasını ar-zulayırıq. Allah Prezidentimizi və xalqımızı qorusun, amin!

Vaqif MƏMMƏDOV

Bakı şəhəri Yasamal Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Azərbaycan qəzeti

Keçidlər