Şriftin ölçüsü :

Saytın rəngi :

Məqsəd - cəmiyyətə, dövlətə faydalı olmaqdır

22 may 2020 | 11:00

Sosial müdafiə sahə¬sinin inkişafı hər zaman dövlətin diq¬qət mərkəzində olan mə-sələlərdəndir. Bu istiqa¬mətdə həyata keçirilən is¬lahatlar vətəndaşların ri¬fahının daha da yaxşılaş¬dırılmasına, onlar üçün yüksək səviyyəli həyat şəraitinin yaradılmasına xidmət edir.

Ötən ilin may ayında fəaliyyətə başlayan 1 saylı DOST mərkəzi, həmçinin dekabrda yaradılan 2 saylı DOST mərkəzində hər gün yüzlərlə vətəndaşa məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 növdə xidmət təklif olunur. Bu günə qədər 100 mindən çox vətəndaşa xidmət göstərilən mərkəzlərdə əhali¬nin məmnunluq səviyyəsi 96 faizdir.

Hazırda DOST mərkəzlərində “Könüllü DOST' proqramı üzrə 100-ə yaxın könüllü fəaliyyət göstərir. Onlar burada vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndiril- məsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, müraciət edənlərin məlumatlandırılması, elektron sistem-lərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə insanların tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında yardımlar gös¬tərir, əlillərə xüsusi diqqət və qayğı ilə
yanaşır, rəy sorğularının keçirilməsi və bir çox başqa işləri yerinə yetirir¬lər. Əksəriyyəti tələbə olan könüllülər gündəlik olaraq 3 saat fəaliyyət gös-tərirlər. İki ayın yekununda onlar mə-zun olur və daha sonra mərkəzə yeni könüllülərin seçimi başlayır.

“Könüllü DOST' proqramı fərqli ictimai və yaş təbəqələrini əhatə edən bir neçə altproqramdan ibarət¬dir. Məsələn, “Gənc DOST' altproq- ramı 16-29 yaş aralığında olan gənc¬lərin, o cümlədən əlilliyi olan şəxslə¬rin vətəndaşlara xidmət sahəsində təcrübə qazanması, ilkin işgüzar vər-dişlər əldə etməsi, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımları-nın təməlinin qoyulması məqsədini daşıyır. Könüllülük fəaliyyətinin müd-dəti iki aydır və iş prosesi gündə üç saat olmaqla üç növbədə təşkil olu¬nur. “Gümüşü DOST' altproqramı isə pensiyaçıların cəmiyyətə reinteqrasi- yası, nəsillərarası təcrübə və bilik mübadiləsi, yaşlı şəxslərin asudə vaxtının aktiv təşkili istiqamətində ic¬ra olunur. Könüllülük fəaliyyətinin müddəti iki aydır və iş prosesi həftə¬nin iş günləri hər növbədə dörd saat olmaqla iki növbədə təşkil olunur.

“Virtual DOST” altproqramı təhsil, təlim, tədqiqat, PR. konsaltinq və s. sahələr üzrə verilən tapşırıqların on- layn qaydada könüllülər tərəfindən yerinə yetirilməsidir. Bu altproqram əsasında müvafiq sahələr üzrə peşə-kar mütəxəssislər, habelə əlilliyi olan şəxslər kompüter, planşet və ya smartfondan istifadə etməklə ofis və ya evlərində könüllü kimi fəaliyyət göstərmək imkanına malik olurlar. “Korporativ DOST' altproqramı da in-sanlar arasında xüsusi maraq doğu¬rur. Cəmiyyətdə ictimai-sosial məsu¬liyyət hissinin artırılması, müxtəlif təşkilatların korporativ sosial məsu-liyyətinik proqramlarının daha effek¬tiv formada təşkili və bu məqsədlə təşəbbüslərin qarşılıqlı əməkdaşlıq çərçivəsində ehtiyac olan sahələr üz¬rə istiqamətləndirilməsinə yönəldilib.

Fəaliyyəti müddətində seçilən kö-nüllülərə DOST Agentliyi tərəfindən müxtəlif vəzifələr təklif olunur. Artıq agentliyin qiymətləndirmə mexaniz¬mi də formalaşıb. Yəni könüllülərin gündəlik fəaliyyətləri dəyərləndirilir. Sonda isə hər dəfə məzun olan kö-nüllülər 3 komandaya bölünür və on-lara qrup layihəsi təqdim etmək im¬kanı verilir. Bu layihələr pensiya, əlil¬lik və ya ekoloji sahələri əhatə edə bilər. Onlar öz layihələrini hazırlayıb təqdim edirlər. Bununla bağlı agentli¬yin 3 səviyyə üzrə sertifikatlarının ve¬rilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, DOST mərkəzlərin¬də “Könüllü DOST’ proqramına indi- yədək 10 minədək müraciət olunub və ötən dövrdə bu proqram üzrə 300-dək könüllü mərkəzlərə cəlb edilib. Bu proqramın məzunlarından artıq 17 nə-fər agentliyin və DOST-un əməkdaşla¬rı kimi fəaliyyətlərini davam etdirirlər.

Könüllülük hərəkatının inkişaf et-dirilməsi və könüllülərlə işin davamlı və sistemli aparılması üçün fəaliyyə-tində dövlətçilik, vətənpərvərlik, in- novativlik, yaradıcılıq, operativlik və əməkdaşlıq prinsiplərini rəhbər tu¬tan “Könüllü DOST” təşkilatının ya-radılması planlaşdırılır. DOST könül-lülərinin bilik və bacarıqlarının artırıl-ması, onların asudə vaxtlarının sə-mərəli keçirilməsi və s. istiqamətdə agentlik tərəfindən müxtəlif tədbirlər də təşkil olunur.

Bütün dünyada geniş vüsət alan COVID-19 epidemiyasının sürətlə yayılmasının qarşısının alınmasında DOST könüllüləri daha yaxından iş-tirak edirlər. Onlar daim sosial xid-mətçilərlə birgə tənha yaşlı vətən-daşlara tez-tez baş çəkir, onların is-təkləri ilə maraqlanır və müvafiq isti-qamətdə müxtəlif yardım aksiyala¬rında fəallıq göstərirlər.

Dövlətimizin diqqətindən qay-naqlanaraq milli ruhda tərbiyə alan, xalqımızın maraqlarını layiqincə qo-ruyan gənc nəslin və pandemiya dövründə geniş vüsət almış könüllü¬lər hərəkatının fəaliyyəti xüsusi əhə-miyyət daşıyır. Bu. cəmiyyətdə xe-yirxahlıq və yeni davranış qaydaları təbliğ edir.

“Azərbaycan"

Keçidlər