Şriftin ölçüsü :

Saytın rəngi :

Ən böyük mükafat böyüklərin xeyir-duasıdır

22 may 2020 | 11:00

Bu gün nəinki Azərbaycan gəncliyini, bütün dünya xalq¬larını həyəcan və təşviş içərisində saxlayan, karantin rejiminə uyğunlaşmağa vadar edən koronavirus pan- demiyasının yayılmasının qarşısının alınması üçün dövlət başçısının çağırışlarına səs verərək, könüllülük prinsipi əsa¬sında sosial yardımların göstərilməsində fəal iştirak etdiyim üçün böyük qürur hissi duyuram.

Düşünürəm ki, hər bir gənc bu anlarda dövlətinə, xalqına dəstək olmalıdır. Cə-nab Prezident tərəfindən baş-ladılan Koronavirusla Mübari-zəyə Dəstək Fonduna yardım kampaniyasına və digər aksi-yalara mən də qoşularaq öz dəstəyimi göstərdim.

Pandemiya dövründə Ya-samal rayonu ərazisindəki aztəminatlı, tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insan-ların yaşadığı ailələrə baş çə-kərək yardım paylarını təqdim edir, onlara sosial xidmətlər göstərir, həmçinin bu insan-ların sağlamlığının qorunması məqsədilə xəstəlikdən müha-fizə üsullarını izah edirəm.

Məncə, hər bir gəncin özündən yaşca böyük olan in-sanların, bilavasitə ağsaqqal və ağbirçəklərimizin qayğısı¬na qalması vacib mənəvi də- yərlərdəndir. Axı onların varlı¬ğı bizim milli mənəvi dəyərlə-rimizin sütunudur. Bir zaman əlimizdən tutub, uşaq dili ilə bizlə danışıb üzümüzü güldü-rən, sevindirən, öz sevgi və qayğısını əsirgəməyən nənə və babalarımıza təmənnasız xidmət etməliyik. Həmçinin onlara həmin sevgini göstər-məli və xidmətdən qürur duy-malıyıq. Tənha, yaşlı, ehtiyacı olan insanlara kömək olmaq, əvəzində onların xeyir-duala-rını almaq biz könüllülər üçün ən böyük mükafat olur!

Rəşadət XALIQOV

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu,

YAP Yasamal könüllü hərəkatının fəalı

Azərbaycan qəzeti

Keçidlər