Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülər maddi və mənəvi dəstək aksiyasına qoşulublar

16 may 2020 | 11:00

Koronavirusun tüğyan etməsi vahimə yaratsa da, əslində, insanların bir-birinə nə qədər gə-rəkli olmasını da bir o qədər orta-ya qoydu. Bu çətin günlərdə gənc-liyin könüllülük prinsipi əsasında xalqımızın aztəminatlı təbəqəsini, sosial cəhətdən yardıma ehtiyacı olanları tək buraxmaması huma-nitar siyasətə çevrilib. Bu, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətindən sonra kütləvi hal alıb.

Bakı şəhər Yasamal Rayon İcra Ha-kimiyyəti və “PAŞA Holding” MMC-nin keçirdiyi müştərək sosial aksiya da bu qəbildən olan tədbirlərdəndir. Karantin rejimində könüllü gənclərin də qatıldığı aksiya vasitəsilə Yasamal rayonu sa-kinlərinə, xüsusən də maddi ehtiyacı olanlara - aztəminatlı, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb. Rayonun müxtəlif ünvanlarında həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan 200-dən çox ailə faydalanıb.

Ərzaq paylarını qəbul edən Yasamal sakinləri insanlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürləri¬ni bildiriblər. Dövlət başçısının “Biz bir¬likdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən növbəti ak-siyanı vətəndaşlar razılıqla qarşılayıb və təşkilatçılara öz minnətdarlıqlarını ifadə ediblər.

Həmçinin aksiya zamanı könüllülər koronavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə vətəndaşlara ətraflı məlumat veriblər. “Evdə qal, sağlam qal” çağırışı dövrün¬də həyata keçirilən bu sosial aksiya ka¬rantin şəraitində ehtiyacı olan şəxslərə həm maddi, həm də mənəvi dəstəkdir.

“Azərbaycan”

Keçidlər