Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Cənab Prezidentə minnətdardır

15 may 2020 | 11:00

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, Dünyada gedən prosesləri bilməlidir. Lazımı fəaliyyət göstərib öz xalqına dövlətinə xidmət etməlidir”

Heydər Əliyev

Xalqı üçün gecə-günüz demədən çalışan, gənclərin inandığı liderim

Azərbaycan gəncliyi təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu gənclər siyasətinin layiqli davamçısı olaraq, gəncliyə inamınızla, diqqətinizlə davam etdirirsiniz. Azərbaycan gəncliyinə göstərdiyiniz diqqət-qayğını bütün gənclər öz üzərində, həyatında hiss edir. Bunun nəticəsi olaraq 2020-ci ili “Könüllülər ili” elan etməyiniz biz gənclərə diqqətinizin tərənnümüdür.

Xalqın inandığı Prezidentim

2020-ci il həm dövlətimiz həm də dünyamız üçün olduqca ağır sınaqların olduğu, hökumətlərin xalqına diqqət və qayğısının imtahana çəkildiyi bu ildə bizim Prezidentimiz hər bir addımı ilə xalqın yanında olduğunu göstərib, xalqın sağlamlığını hər şeydən uca tutduğunu həm çıxışlarında həm də verdiyi qərarlarla göstərib. Bu çətin zamanda, gənclərin ona olan sonsuz sevgi-sədaqətini pandemiya dövründə aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının dövlət hesabına ödənilməsiylə bağlı qərarı ilə bir daha bu sevgi-sədaqətə ən layiqli olduğunu göstərdi.

Prezidentim

Son aylar ərzində İcra Hakimiyyətlərində və Mədəniyyət Nazirliyində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlar bir daha Sizin xalqın yanında olduğunuzu, xalqın canının malının qorunduğunu, xalqın haqqının bir başa prezidentin təminatı, nəzarətində olduğunu göstərdiz. Bu addımlarınız bir gənc olaraq mənə Ulu Öndərimizin biz gənclərin yoluna işıq olan “öz xalqına dövlətinə xidmət etməlisiz” çıxışına daha böyük inamla yanaşmağa Sizin mükəmməl rəhbəliyiniz ilə dövlətimizə xidmət etməyə həvəsləndirir. Bir çox mənfur məmurların əməlləri həqiqətən xalqına xidmət edən, dövlətinin mənfəətini hər şeydən üstün tutan dövlət qulluqçularının fəaliyyətinə kölgə salmayacağını, Sizin nəzarətinizlə yüksək qiymətləndiriləcəyinə inancım sonsuzdur.

Ali baş komandanım

Sizin rəhbərliyiniz ilə dövlətimizin həyata keçirdiyi gənclər siyasəti, Siz Prezidentimizin hər çıxışda gənclərə dəstəyiniz “gənclərə dəstək verin deməyiniz” , Bakı Dövlət Universitetinin 100-illik yubiley çıxışınızda “əziz gənclər mən sizlərə inanıram!” deməyinizlə biz gənclərdə böyük ruh yüksəkliyi, işıqlı gələcəyə inamla baxmağımıza səbəb oldu. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə Bakı Dövlət Universitetinin tələbə-magistrantlar arasında keçirilən esse müsabiqəsində mükafatçılar sırasında olmağım, təməli Ulu Öndərimiz tərəfindən qoyulan gənclər siyasətinə onun layiqli davamçısı Sizin rəhbərliyinizə , Sizə olan sozsuz inancımın göstəricisidir.

Hər anını xalqın daha yaxşı günlərə çatması üçün çalışan Rəhbərim

Heç şübhəniz olmasın ki, biz gənclər daima Sizinləyik. Öz mənfəətini xalqın mənfəətindən üstün tutan, şər qüvvələrə xidmət edib dövlət-xalq düşünmədən yalan- böhtan danışan, Sizin siyasətinizə, xalq hakimiyyət birliyinə kölgə salmaq istəyən, xaricdə vətənimizə qarşı yalan böhtanlar danışanların qarşısında biz gənclər durmuşuq!. Böyük könüllülər ordusu bir tək respublika tədbirlərində deyil, dövlətini, xalqını qorumaq, canlarını da sevə-sevə verməkdə könüllü olacağına, rəhbərinə qarşı, dövlətinə qarşı uzanan xain əllərə qarşı mübarizədən geri durmuyacağımıza bütün səmimiyyətimlə vicdanım qarşısında şərəf sözü verirəm!

Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Siz prezidentimiz gecə-gündüz demədən xalqımızın bu pandemiya dövrünü  ən az itkilərlə çıxmağımız üçün çalışır, xalqa çağırışlar edirsiz. Əmin olun ki, biz gənclər də sizin çıxışınıza qoşularaq Prezidentimizin, vitse-prezidentimizin çağırışlarına əməl edir, dövlətimizi, xalqın sağlamlığının qoruması məqsədiylə atılmış bütün addımlarının dəstəkcisiyik.

Nazirlərlə keçirdiyiniz onlayn konfrans zamanı operativ-qərərgahla 24 saat əlaqədə olduğunuzu, gün ərzində 4-5 dəfə danışdığınızı bildirmisiniz. Bu xəbəri izləyən zaman gecə-gündüz demədən xalqı üçün çalışan, istirahət etmədən, var gücü ilə xalqının işıqlı gələcəyi üçün addımlar atan Prezidentimiz olduğu üçün Azərbaycan gənci olaraq böyük qürur hissi keçirir, rəhbərimizin yolu ilə gedərək xalqıma xidmət etmək üçün böyük əzmlə çalışıram.

Prezidentim, zati-aliləri cənab İlham Əliyev

Biz gəncləri hər zaman diqqətinizdə saxlayıb qayğıyla yanaşdığınız üçün, Azərbaycanın müstəqilliyinin əbədi olması, daha da güclü dövlət olması üçün, xalqın mənfəətini hər şeydən üstün tutduğunuz üçün, xalqı üçün şərəflə çalışan dövlət qulluqçularına diqqət qayğınız üçün gənclər adından və şəxsən öz adımdan Sizə minnətdarlığımı bildirirəm

Azərbaycan xalqı Sizinlədir, gənclik Sizinlədir!

Hörmətlə: Bakı Dövlət Universitetinin II kurs magistrantı Taleh Mansurov

Keçidlər