Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Icra Hakimiyyətinin başçısı müharibə veteranlarının qayğıları ilə maraqlanıb

09 may 2020 | 11:00

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Yasamal rayon Icra Hakimiyyətinin başçısı Elşad Həsənov videobağlantı formatında müharibə veteranlarını təbrik edib. Elşad Həsənov Yasamal rayonu sakinləri olan veteranların gündəlik qayğıları ilə maraqlanıb və onlara can sağlığı arzulayıb. Veteranlarla söhbətində Yasamal rayon Icra Hakimiyyətinin başçısı qeyd etdi ki, bu gün Azərbaycan rəhbərliyi veteranlara böyük diqqət və qayğı göstərir.Elşad Həsənov  Azərbaycan Prezidenti cənab İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, birdəfəlik maddi yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli Sərəncamını veteranların xüsusi diqqət ilə əhatə olunduqlarının təzahürü kimi qiymətləndirdi.

Yasamal rayon Icra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkədə davam edən karantin rejimi şəraitində də veteranlara xüsusi qayğının göstərildiyini qeyd etdi. Belə ki, müharibə veteranlarına zəruri olan sosial yardımlar göstərilməkdədir.Elşad Həsənov veteranlara hərtərəfli qayğının bundan sonra davam edəcəyini bildirdi.

Öz növbəsində Böyük Vətən Müharibəsnin veteranları göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildirdilər. Videobağlantıda iştirak edən veteranlar bu gün onlara verilən yüksək dəyərdən məmnun olduqlarını vurguladılar.

Keçidlər