Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqının mənafeyini hər şeydən üstün tutan Prezident!

06 may 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyev dünyanı, o cümlədən Azərbaycanı cənginə almış koronavirus bəlasından minimum itkilər vermək məqsədilə qabaqlayıcı operativ tədbirlər görmüşdür. Xalqının mənafeyini öz şəxsi mənafeyindən üstün tutan cənab Prezident İlham Əliyev ilk növbədə respublika ərazisində xüsusi karantin rejimi yaratdı. İşləyən vətəndaşlara evdə qalmaqla əmək haqqlarının verilməsi, 600 000 işləməyən vətəndaşa karantin dövründə 190 manat birdəfəlik ödəmələrin verilməsi, aztəminatlı ailələrin, ahıl insanların, Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin Heydər Əliyev Fondu tərəfindən ərzaqla təmin edilməsi, Böyük Vətən müharibəsi iştirakçılarına 1500 manat, dul qadınlarına 750 manat pul vəsaitinin verilməsi cənab Prezident İlham Əliyevin Azərbaycan xalqına olan böyük sevgisindən irəli gəlir. Cənab Prezident İlham Əliyev tərəfindən aparılan düzgün və məqsədyönlü kadr siyasəti tərəfimizdən çox yüksək qiymətləndirilir. Buna baxmayaraq ölkənin bu ağır pandemiya dövründə bəzi məmurlar cənab Prezidentin etimadını doğrultmayaraq, Prezidentin sözüylə desək, xalqa xəyanət edirlər. Biləsuvar, Ağstafa, Yevlax, Neftçala, İmişli şəhər və rayonlarının icra hakimiyyəti başçıları dövlət tərəfindən aztəminatlı ailələrə ayrılan külli miqdarda pulları, ərzaq yardımlarını mənimsəmişlər.

Biz Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri bu insanlara qarşı barışmaz mövqeyimizi bildiririk. Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, daxili və xarici siyasətini dəstəkləyir.Cənab Prezident İlham Əliyev bu gün qədirbilən Azərbaycan xalqının qəlbində özünə xeyirxah bir insan abidəsi ucaltmışdır. Cənab Prezident İlham Əliyevə ölkəni bu ağır pandemiya vəziyyətindən çıxarması yolunda uğurlar və Tanrıdan kömək diləyirik.

Azərbaycan Qarabağ müharibəsi əlilləri,
veteranları və şəhid ailələri İctimai Birliyinin
Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev

Keçidlər