Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal sakininin 100 yaşı tamam oldu

06 may 2020 | 11:00

Azərbaycan xalqına məxsus yaşlı nəsil nümayəndələrinə qayğı və yardım ənənələri Yasamal rayonunda xüsusi diqqət mərkəzindədir. Bu mənada Yasamal rayonu sakini Gülsənəm Əlizadənin 100 yaşının tamam olması diqqətdən kənar qalmadı. Öz təbrikində Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov yubileyi münasibətilə Gülsənəm xanıma cansağlığı və ailə səadəti arzulayıb. Başçının tapşırğı ilə Yasamal rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri isə 100 yaşlı rayon sakinini evində ziyarət etmiş və ona gül dəsti hədiyyə edərək səhhəti və gündəlik  qayğıları ilə maraqlanmışlar.

Gülsənəm Əlizadə Yasamal rayon İcra Hakimiyyətinə bu diqqət və qayğıya görə minnətdarlığını bildirmişdi. Gülsənəm Əlizadə bu təbrikin Azərbaycan xalqının gözəl adət-ənənələrindən xəbər verdiyini qeyd etmişdi.

Qeyd edək ki, Gülsənəm Əlizadə uzun illər tibb sahəsində məhsuldar fəaliyyət göstərmiş, həmçinin yerli icra orqanlarında çalışmışdı. Gülsənəm Əlizadənin üç övladı, yeddi nəvəsi və altı nəticəsi var.

Keçidlər