Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda məskunlaşan qaçqın və məcburi köçkünlərə yardım edildi

05 may 2020 | 11:00

Yasamal rayonunda aztəminatlı ailələrə yardım kampaniyası davam edir. Bu kampaniya çərçivəsində Yasamal rayon İcra Hakimiyyəti və Missiya.az xəbər portalı daha bir müştərək aksiya həyata keçiriblər.

Bu dəfəki yardım aksiyası Yasamal rayonu Zahid Xəlilov küçəsindəki yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkünlərə ünvanlanıb. Burada yaşayan yüzdən çox ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Aksiyanın məqsədi karantin rejimində əhalinin həssas təbəqələrini maddi və mənəvi cəhətdən dəstəkləməkdir.

Keçidlər