Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrə Novruz sovqatı

19 mart 2020 | 11:00

Yasamal Rayon İcra Hakimiyyəti və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin birgə təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı ailələrə ənənəvi olaraq bayram sovqatı aksiyası təşkil edilib.

Aksiya iştirakçıları Yasamal rayonu ərazisində yaşayan 240 aztəminatlı ailəyə baş çəkərək, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını çatdırıb, onları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər.

Həmçinin bu 240 ailənin içərisində ən çox ehtiyacı olan 4 ailəyə gündəlik istifadə üçün də ərzaq məhsulları təqdim edilib.

Qeyd edək ki, qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi baxımından əhəmiyyətli olan bu cür aksiyalar sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

Keçidlər