Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd edildi

07 mart 2020 | 11:00

Yasamal rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd edilib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir iştirakçılarını və onların simasında rayonun bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırdı.

Elşad Həsənov qeyd etdi ki, ölkəmizdə aktiv, öz fəaliyyəti ilə seçilən qadınların sayı çoxdur. Azərbaycan qadınları istənilən sahədə uğur qazanmaqla yanaşı, gözəl ailə sahibi olmağı və Vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna xüsusi ehtiramla yanaşıb. Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu, həm bizim tarixi ənənələrimizlə, həm də həyata keçirilən dövlət qadın siyasəti ilə və onlara yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Prezident İlham Əliyevin və Birinci vitse– prezident Mehriban xanım Əliyevanın diqqətini görürlər. Azərbaycanda hər zaman qadının ailədə, işdə, həm də cəmiyyətdə layiqli yer tutması dövlətimiz üçün prioritetdir. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.

Dövlət qadın siyasətinin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir. Onun təşəbbüsü ilə həyata keçirilən uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, səhiyyə, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrlə bağlı irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına müsbət təsirini göstərir. Mehriban xanımın Qarabağ həqiqətlərinin, qaçqın və məcburi köçkünlərimizin vəziyyətinin dünya birliyinə çatdırılmasında çox böyük xidmətləri var.

Bu gün Yasamal  rayonunda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək rayonda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.

Tədbirə dəvət edilmiş bütün qadınlara hədiyyələr təqdim edildi.

Keçidlər