Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda dezinfeksiya işləri intensivləşdirilib

06 mart 2020 | 11:00

Bakı şəhərində koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Yasamal rayonunun yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, tam orta məktəblərdə, məktəbəqədər, orta ixtisas, ali təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Həmçinin məhəllələrdə oturacaqlar, idman qurğuları, söhbətgahlar, uşaq meydaçalarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da dərmanlanma işləri aparılır.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci il martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilib) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

Həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə təbliğat işləri aparılır.

Keçidlər