Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal sakinləri rayonda görülən işlərlə bağlı ölkə başçısına minnətdarlıqlarını bildirdilər

27 fevral 2020 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənovun növbəti səyyar qəbul-görüşü 1 nömrəli sahə inzibati dairəsinin ərazisində, Akim Abbasov, A.M.Şərifzadə küçəsinin sakinləri ilə keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verdi, vətəndaşların sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları bir daha sakinlərin diqqətinə çatdırdı. Eyni zamanda, ölkə başçısının müvafiq fərmanı ilə problemli kreditlərin müsbət həll olunması, əmək haqlarının, təqaüdlərin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə sakinləri məlumatlandırdı.

Çıxışında icra başçısı Elşad Həsənov son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq sahələrinin salınması, paytaxtın qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi nəticəsində Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirdi. İcra başçısı qeyd etdi ki, bu istiqamətdə aparılan işlərin miqyası getdikcə daha da genişlənir. Paytaxtımızda yeni çoxmərtəbəli müasir binaların və digər sosial obyektlərin inşası ilə yanaşı, şəhərin inkişaf tempinə uyğun gəlməyən, paytaxtımızın müasirlik ansamblını pozan tikililərin sökülməsi ilə bağlı da mühüm layihələr icra edilib. Həyata keçirilən bu cür layihələr arasında keçmişdə “Sovetski” adlanan məhəllənin sökülməsi böyük əhəmiyyəti ilə seçilir. Bu məhəllənin sökülməsi Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olmaqla, şəhərin Baş Planının icrasının təmin olunmasına, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına da böyük töhfə verdi. Bu ərazidə salınan yeni yollar Bakıda nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində, şəhərdə tıxacların azaldılmasında mühüm rol oynadı. Bu layihənin icrası həm də paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin də davamlı olduğunu bir daha nümayiş etdirir.

Rayon İcra Hakimiyyətinin başçısı “Sovetski”nin köçürülməsinin əhəmiyyətindən danışaraq, bu layihənin yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlət başçısının təşəbbüsü ilə öz həllini tapdığını xüsusi vurğuladı. Həmçinin bildirdi ki, 2014-cü ilin əvvəlindən başlayaraq ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət ehtiyacları üçün torpağın və daşınmaz əmlakın alınması haqqında qanuna müvafiq qaydada Yasamal rayonunun “Sovetski” adlanan ərazisində söküntü işləri həyata keçirilir. İşlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınmışdır. II mərhələdə Bakı şəhərinin Baş Planına uyğun olaraq, 13 hektar ərazini əhatə edən söküntü ərazisində dövlət əhəmiyyətli komunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü həyata keçirilib. Ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə 2018-2019-cu illərdə “Sovetski” adlanan ərazidən köçürülmüş, sahəsi az olan mənzillərdə yaşamış sakinlərin çoxsaylı müraciətləri nəzərə alınmış və 2002 ünvan üzrə 1969 daşınmaz əmlak sahibinə əlavə maddi yardım ödənilmişdir.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova müraciətlər etdilər. Sakinləri maraqlandıran məsələlər əsasən asfalt örtüyünün vurulması, məişət tullantılarının daşınmasına nəzarətin gücləndirilməsi, ərazinin abadlaşdırılması, qəzalı evlərin sökülməsi, kanalizasiya və su xətlərinin təmiri ilə bağlı olduğundan problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

Keçidlər