Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda Xocalı şəhidləri anıldı

25 fevral 2020 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Yasamal bələdiyyəsində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, Xocalı şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Xocalıda şəhid olanların  ruhuna Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş ehsan süfrəsi açılıb, dualar oxunub.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Xocalı şəhid ailələrinin üzvləri ilə görüşərək  bildirib ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanların, müharibə əlillərinin və bu döyüşlərdə şəhid olanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Görüşdə şəhid ailələrini narahat edən məsələlərlə bağlı icra başçısı yerindəcə tapşırıqlar verib.

Keçidlər