Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirilmə tədbiri keçirildi

14 fevral 2020 | 11:00

İcbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirmə tədbirində aparatın şöbə müdirləri, bələdiyyə nümayəndələri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova tədbiri giriş sözü ilə açaraq icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırlıq haqqında məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən səhiyyə islahatları icbari tibbi sığortanın tətbiqinə geniş imkanlar yaradıb.Ölkəmizdə səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, müasir infrastrukturun yaradılması, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Kadr hazırlığının aparılması, səhiyyə müəssisələrində ən müasir tibbi avadanlıqların quraşdırılması, yeni texnologiyaların tətbiqi, mürəkkəb cərrahi əməliyyatların aparılması səhiyyə sisteminin səviyyəsinin yüksəlməsinə təkan verir.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Elvin Abbasov çıxış edərək bildirib ki, əhalinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirilməsi ilə əlaqədar ilin sonunadək Bakı şəhərində, regionlarda, həmçinin ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bu görüşlərdə əhaliyə tətbiq olunacaq icbari tibbi sığorta sistemi, fəaliyyət istiqamətləri, sığorta haqqları, tibbi sığorta ilə əlaqədar xidmətlər paketi haqqında ətraflı məlumat verilir. Diqqətə çatdırılıb ki, artıq icbari tibbi sığorta çərçivəsində əhalinin yararlana biləcəyi xidmətlərin toplusunu özündə əks etdirən xidmətlər zərfi hazırlanıb.Qarşıya qoyulan əsas vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir.Pilot layihə çərçivəsində bir sıra dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlığın bariz nümunəsi Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvinninq layihəsidir. Layihənin icrasına 2017-ci ilin avqustunda başlanılıb. Bu müddət ərzində Azərbaycan, Fransa və Litvadan olan mütəxəssislər birgə işləyib və nəzərdə tutulan hədəflərə çatıblar.

Müzakirələr sual-cavab formasında davam etdirildi.

Keçidlər