Şriftin ölçüsü :

Saytın rəngi :

Elşad Həsənov Hüseyn Cavid prospekti və Mikayıl Müşfiq küçəsinin sakinlərilə görüşüb

30 yanvar 2020 | 11:00

Yanvarın 30-da Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun növbəti səyyar qəbul-görüşü 20 saylı orta məktəbin akt zalında Hüseyn Cavid prospekti və Mikayıl Müşfiq küçəsinin sakinlərilə olub. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı E.Həsənov Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə həyata keçirdiyi islahatlar haqqında vətəndaşlara geniş məlumat verərək, 2020-ci ildə bu islahatların davam etdiriləcəyini bildirib. Ötən il minimum əməkhaqqının 250 manata çatdırıldığını bildirən icra başçısı bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırıldığını sakinlərin diqqətinə çatdırıb. O, ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinlər məlumatlandırıb.

Elşad Həsənov Cənab Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə rayon ərazisində abadlıq-quruculuq işlərinin görüldüyünü və 2020-ci ildə də davam etdiriləcəyini, yeni məhəllərin salınacağını bildirib. Buna misal olaraq 2020-ci il yanvarın 29-da növbəti belə bir abad məhələnin parlament prospekti 2 ünvanında açılışının həyata keçirildiyini sakinlərin diqqətinə çatdırıb. Daha sonra vətəndaşların narahat edən məsələləlrlə maraqlanan icra başçısı onların suallarını cavablandırıb.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısına və birinci xanıma öz minnətdarlıqlarını bildiriblər.

Görüşdə vətəndaşları narahat edən əsas məsələlər, dam örtükləri və qəzalı binaların təmiri, ət kəsimi və yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi ilə bağlı olub. Sonda sakinləri narahat edən komunal problemlərlə bağlı xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.

Keçidlər