Şriftin ölçüsü :

Saytın rəngi :

Başçının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası

08 yanvar 2020 | 11:00

08 yanvar 2020-ci il tarixində 21 saylı tam orta məktəbin iclas zalında Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunub illik hesabat iclası keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon təsərrüfat xidməti sahələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Xaliq Möhbalıyev 2019-cu ilin ölkəmiz üçün uğurlu il olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün əmək haqlarının artırılması ilə bağlı sərəncam imzalaması və həmçinin rayon ərazisində sosial evlərinin tikilməsinin təqdirə layiq addım olduğunu bildirdi.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vasif Cahangir oğlu Əkbərov Nümayəndəliyin 2019-cu il ərzində gördüyü işlər barəsində hesabat məruzəsi ilə çıxış etdi. O, qeyd etdi ki, il ərzində nümayəndəlik xeyli işlər görüb. Belə ki, çoxmənzilli binalarda və evlərdə ev təsərrüfatı və təsərrüfat üzvlərinin sayının dəqiqləşdirilməsi işləri aparılıb, ərazidə 94932 sakin, 28750 təsərrüfat olduğu faktı müəyyən edilib, bunlar 211 uçot kitabında qeydə alınıb və mütəmadi olaraq dəqiqləşdirmə işləri davam edir. Bəzi məhəllələrdə asfalt örtüyü salınıb, abadlaşdırma işləri görülüb. Sakinlərin sifarişini nəzərə alaraq binalarda dam örtükləri təmir olunub, su, kanalizasiya, qaz və istilik sistemlərində xeyli işlər görülüb. Nümayəndəlik ərazidə fəaliyyət göstərən dövlət qurumları, Yasamal rayon Bələdiyyəsi, Qeyri-hökümət təşkilatları və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərıb, ictimai-sosial tədbirlərdə iştirak edıbdir. Nümayəndəliyin ərazisində yaşayan vətəndaşların ailə-məişət, sosial problemlərinin həlli istiqamətində xeyli işlər görülüb. Nümayəndəliyin ərazisində Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 22, 32, 56 saylı və xüsusi təyinatlı 138, 158 saylı Mənzil İstismar Sahələri fəaliyyət göstərir. Sakinlərin müraciətləri əsasında Mənzil Kommunal İstismar Sahələri tərəfindən binalarda cari təmir işləri aparılıb, ərazilərdə səliqə-səhman yaradılıbdır.

Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq ölkəmizin bütün regionlarında olduğu kimi paytaxtın Yasamal rayonunda da mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydanlarında, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb. A.Abbasov 2, M.C.Məmmədzadə 98, Mətbuat pr 27, Moskva pr 75, 75A ünvanlı binalarda təmir işləri aparılıb, 2-ci Alatava küçəsində asfalt örtüyü yenilənib, D.Bünyadzadə küçəsi və H.Zərdabi küçəsində 2000 m2 asfalt örtüyü cari təmir olunubdur. H.Zərdabi küçəsi 61,55,17/51, M.Müşfiq küçəsi ünvanlarına təbii ot örtüyü vurulub, M.Müşfiq küçəsi 1000 ədəd, Xarici Dairəvi yol küçəsi 350 ədəd, H.Zərdabi 87 ünvanında 300 ədəd, A.M.Şərifzadə 192 ünvanında 120 ədəd ağac əkilıbdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016- cı il tarixli qərarı ilə Yasamal rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi və sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin inzibati ərazisində yaşayış binalarının mərhələli şəkildə sökülüb yenidən tikilməsi işlərinə başlanıbdır.A.M.Şərifzadə küçəsi 33, 162, 174, İ.Zülalov küçəsi 19 ünvanlarında qəzalı evlər sökülüb və yerində yeni müasir standartlara cavab verən hündürmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir. Mənzil-Tikinti Kooperativləri tərəfindən qəzalı binaların sakinləri kirayə evlərə köçürülmüş, onlara kirayə evlərə görə yeni mənzillərə köçənədək vəsait ödənilməsi təmin edilıbdir. Vasif Əkbərov bildirmişdir ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının yerli nümayəndəliyi olaraq ərazidə yaşayan əhalinin qarşıya çıxan problemləri ilə maraqlanıb onların sosial həyat tərzlərinin yaxşılaşdırılmasına köməklik göstərmək əsas vəzifələrdən biridir. Bundan əlavə Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilən tapşırıqların günün tələbləri səviyyəsində icra olunması istiqamətində fəaliyyətlərini qurmağa çalışacaqlarını bildirdi.

Yığıncaqda Yasamal rayon sakini Qarabağ müharibəsi veteranı Ələsgər Orucəliyev çıxışı zamanı 1 nömrəli nümayəndəliyin hesabatını qənaətbəxş hesab edərək cənab Prezident İlham Əliyevin Qarabağ müharibəsi veteranlarını evlə təmin etdiyinə görə dərin minnətdarlığınl bildirdi və hər bir Qarabağ qazisinin ali baş komandan cənab İlham Əliyevin əmri ilə müharibəyə hər an hazır olduqlarını bildirdi.

Daha sonra Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ötən ildə görülmüş işlər barəsində geniş müşavirə keçirməsindən bəhs etdi. Prezidentimizin yürütdüyü uğurlu siyasətin nəticəsində ölkəmizin yeni nailiyyətlər əldə etməsi, iqtisadiyyatımızın inkişaf yolunda sürətlə irəliləməsini qeyd etdi. 1 nömrəli nümayəndəliyin hesabatını qənaətbəxş hesab edərək nümayəndəliyə gələcək iş fəaliyyətində uğurlar arzuladı.

Sonda Nümayəndəliyin aparıcı-mütəxəssisi Sabir Kərimov hesabat yığıncağının qərar layihəsini oxudu.

İclas iştirakçıları Nümayəndəliyin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekun hesabatını qənaətbəxş hesab edilməsinə qərar verdilər.

Keçidlər