Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar - Memorial Abidə Kompleksi önündə tədbir

20 yanvar 2020 | 11:00

Qanlı 20 Yanvar faciəsindən 30 il keçir. Məhz o gecə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əzmkarlığı, mübarizliyi müstəqilliyimizə gedən yolun başlanğıcını qoydu. Yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciəyə baxmayaraq, xalqın iradəsi qırılmadı, azadlıq arzusu boğulmadı. Nəticədə 70 ildən sonra sovet imperiyasının əsarət qandallarından qurtulduq

Yasamal Rayon İcra Hakimiyyəti 20 Yanvar Memorial Abidə Kompleksinin önündə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirdi.

Tədbir, bütün ölkə ərazisində olduğu kimi, bir dəqiqəlik sükutla başladı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdi.

Tədbirdə YAP rayon təşkilatının,rayonun hüquq-mühafizə orqanlarının, rayon Bələdiyyəsinin, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai birliklərin sədrləri, eləcə də rayon ağsaqqalları,ictimaiyyət nümayəndələri və şəhid ailələri, rayonun bütün idarə və müəssisələrinin kollektivləri abidə önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsini yad etdilər.

20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır. Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlara daim diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslər dövlət başçısının hər zaman diqqət mərkəzindədir. Xalqımız hər il öz qəhrəman övladlarının xatirəsini dərin ehtiram və hüznlə yad edir. Vətən fədailərinin əziz xatirələri unudulmur və unudulmayacaq. Şəhidlərimizin şücaəti, ölümün gözlərinə dik baxaraq düşmənlə son nəfəsədək mübarizəsi gələcək nəsillərə çatdırılmalıdır. Yetişən nəsillər tariximizin belə şanlı və qanlı səhifələrini öz yaddaşlarına həkk etdirməli, vətənimizin hər qarışının şəhidlərin qanı ilə yoğrulduğunu bilməli, vətənpərvərlik ruhunda böyüməlidirlər.

Şəhid ailələri üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər