Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda 20 Yanvar şəhidləri anıldı

18 yanvar 2020 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Yasamal bələdiyyəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, 20 Yanvar şəhid ailələrinin üzvləri və 20 Yanvar hadisələrində əlil olan sakinlər iştirak etdilər.

Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra 20 yanvar şəhidlərinin ruhuna Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 20 yanvar şəhid ailələrinin üzvləri ilə görüşərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin “20 Yanvar” dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncamlar və fərmanlar verib.

Görüşdə şəhid ailələrini narahat edən məsələlərlə bağlı icra başçısı yerindəcə tapşırıqlar verib.

Sonra şəhid və əlil ailələrinə ərzaq yardımları paylandı.

Keçidlər