Şriftin ölçüsü :

Saytın rəngi :

Elşad Həsənov Yeni Yasamal sakinlərilə görüşüb

16 yanvar 2020 | 11:00

Yanvarın 16-da Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, 308 saylı orta məktəbin akt zalında Yeni Yasamal Əsəd Əhmədov küçəsinin sakinlərilə keçirilib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı E.Həsənov Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə həyata keçirdiyi islahatlar haqqında vətəndaşlara geniş məlumat verərək, 2020-ci ildə bu islahatların davam etdiriləcəyini bildirib. Ötən il minimum əməkhaqqının 250 manata çatdırıldığını bildirən icra başçısı bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırıldığını sakinlərin diqqətinə çatdırıb. İcra Başçısı 2020-ci ildə də vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması məqəsdilə sosial-iqtisadi və struktur islahtlarının davam etdiriləcəyini bildirib.

O, ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinlər məlumatlandırıb.

E.Həsənov Cənab Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində və 2020-ci ildə də "IDEA" İctimai Birliyinin dəstəyi ilə rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdiriləcəyini yeni məhəllərin salınacağını diqqətə çatdırıb. Daha sonra vətəndaşların narahat edən məsələləlrlə maraqlanan icra başçısı Yeni Yasamal sakinlərinin narahat edən problemləri dinləyib.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısına və birinci xanıma öz minnətdarlıqlarını bildiriblər.

Görüşdə vətəndaşları narahat edən əsas məsələlər, işıqlandırma, dam örtükləri və qəzalı binaların təmiri ilə bağlı olub. Sonda sakinləri narahat edən komunal problemlərlə bağlı xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.

Keçidlər