Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı rayon sakinlərilə növbəti dəfə görüşdü

26 dekabr 2019 | 11:00

Dekabrın 26-da Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov növbəti səyyar qəbul-görüşünü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, 158 saylı tam orta məktəbin akt zalında  Mirəli Seyidov küçəsinin sakinlərilə keçirib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Görüşdə Elşad Həsənov xüsusilə Azərbaycan Respublikası Prezidentinin cari ildə imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları sakinlərin diqqətinə çatdırıb. Həmçinin ölkə başçısının siyasi iradəsi nəticəsində struktur islahatlarına start verildiyini deyən icra başçısı, kadrların müasirləşdirilməsi və gəncləşdirilməsi nəticəsində ölkəmizin gələcəkdə daha da dinamik inkişaf edəcəyini vurğulayıb. İcra başçısı Yasamal rayonunda xüsusilə “Sovetski” deyilən ərazinin sökülərək yerində analoqu olmayan müasir tələblərə cavab verən parkın sakinlərin istifadəsinə verilməsinin şəhərimiz üçün böyük hadisə olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinlər məlumatlandırıb.

Elşad Həsənov Cənab Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində və növbəti ildə də "IDEA" İctimai Birliyinin dəstəyi ilə rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdiriləcəyini bildirib.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısına və birinci xanıma öz minnətdarlıqlarını bildiriblər.

Görüşdə vətəndaşları narahat edən əsas məsələlər istilik, konpensasiya məsələləri, dam örtüklərinin təmiri ilə bağlı olub. İcra Başçısı sakinləri narahat edən komunal problemlərlə bağlı xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.

Keçidlər