Şriftin ölçüsü :

Saytın rəngi :

Elşad Həsənov Dadaş Bünyadzadə küçəsinin sakinlərilə görüşüb

19 dekabr 2019 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, 286 saylı tam orta məktəbin akt zalında Dadaş Bünyadzadə küçəsinin sakinlərilə keçirilb. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı E.Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu islahatlar haqqında sakinlərə məlumat verərək, islahatların dövlətimizi gücləndirəcəyini, iqtisadiyyatımızı daha yüksək inkişaf mərhələsinə qaldırmaqda ciddi rol oynayacağını diqqətə çatdıraraq yaxın gələcəkdə əhalinin sosial vəziyətinin yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi üçün ciddi irəliləyişlərin əldə olunacağını bildirib. O, Azərbaycan Respublikası Prezidentinin cari ildə imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının, qaçqın və məcburi köçkünlərə yaradılan şəraitin vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan uğurlu islahatların bariz nümunəsi olduğunu qeyd edib. Həmçinin ölkə başçısının siyasi iradəsi nəticəsində struktur islahatlarına start verildiyini deyən icra başçısı, kadrların müasirləşdirilməsi və gəncləşdirilməsi nəticəsində ölkəmizin gələcəkdə daha dinamik idarəetmə üsulu ilə inkişaf edəcəyini vurğulayıb.

E.Həsənov Cənab Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə Yasamal RİH ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini, növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini qeyd edərək, növbəti ildə də islahatların uğurla davam etdiriləcəyini qeyd edib.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısına və birinci xanıma öz minnətdarlıqlarını bildiriblər.

Görüşdə vətəndaşları narahat edən əsas məsələlər istilik, konpensasiya məsələləri, su kanalıizasiya məsələləri ilə bağlı olub. Sakinləri narahat edən komunal problemlərlə bağlı xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.

Keçidlər