Şriftin ölçüsü :

Saytın rəngi :

Elşad Həsənov Z.Xəlilov küçəsinin sakinlərilə görüşdü

13 dekabr 2019 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, 53 saylı tam orta məktəbin akt zalında Zahid Xəlilov küçəsinin sakinlərilə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xüsusilə Azərbaycan Respublikası Prezidentinin cari ildə imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqqlarının 40 faiz artırılmasını, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları sakinlərin diqqətinə çatdırdı. Həmçinin ölkə başçısının siyasi iradəsi nəticəsində struktur islahatlarına start verildiyini deyən icra başçısı, kadrların müasirləşdirilməsi və gəncləşdirilməsi nəticəsində ölkəmizin gələcəkdə daha da dinamik inkişaf edəcəyini vurğuladı. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu islahatlar haqqında sakinlərə məlumat verərək, islahatların dövlətimizi gücləndirəcəyini, iqtisadiyyatımızı daha yüksək inkişaf mərhələsinə qaldırmaqda ciddi rol oynayacağını diqqətə çatdıraraq yaxın gələcəkdə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi üçün ciddi irəliləyişlərin əldə olunacağını da qeyd etdi.

Elşad Həsənov Cənab Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə Yasamal rayon İcra Hakimiyyəti ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini, növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini qeyd edərək növbəti ildə də islahatların uğurla davam etdiriləcəyini bildirdi.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

İcra başçısı vətəndaşları narahat edən istilik, Sovetski ərazisinə aid verilən kompensasiya məsələləri, dam örtüklərinin təmiri ilə bağlı onlara ətraflı məlumat verdi.

Sonda sakinləri narahat edən kommunal problemlərlə bağlı xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

Keçidlər