Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevi anım tədbiri keçirildi

10 dekabr 2019 | 11:00

Yasamal rayonunda yerləşən Azərbaycan Milli Konservatoriyasının akt zalında Yasamal rayon İcra Hakimiyyətinin Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirildi.

Anım tədbirində Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin deputatları və Komitə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, orta ixtisas və ali məktəblərin rektorları, professor-müəllim heyəti, rayon ümumtəhsil məktəblərinin direktorları, mədəniyyət xadimləri, rayon ictimaiyyəti, eyni zamanda gənclər və tələbələr iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə Konservatoriyanın foyesində Ulu Öndərin büstü önünə tər çiçəklər düzərək xatirəsini yad etdilər.

Anım tədbirini giriş sözü ilə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi açıq elan etdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqa olan xidmətlərindən danışdı. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir. Heydər Əliyevin xatirəsi Azərbaycan adı yaşadıqca, daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaq. İcra başçısı Elşad Həsənov çıxışında Azərbaycanın ən yeni tarixinin Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq, intibah və milli şüurun oyanışının onun hakimiyyətə gəlişi ilə başladığından söz açdı. Qeyd etdi ki, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması məhz onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Heydər Əliyevə borcluyuq. 2003-cü ildən bəri ötən zaman kəsiyi də ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev istər övlad, istər rəhbər, istər sərkərdə kimi Heydər Əliyev ucalığının təcəssümüdür, ən ümdə xəyalları gerçəyə çevirən dövlət başçısıdır. Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışan, onun ən yaxın silahdaşı, Heydər Əliyev siyasi kursuna, azərbaycançılıq ideologiyasına əsaslanan, milli soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti artıq sərhədləri aşaraq, sorağı planetin sayılıb-seçilən dövlətlərindən, ən mötəbər qurumların tribunalarından gəlir. Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır.

Çıxışının sonunda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, illər ötdükcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü və ucalığını daha dərindən dərk edirik. Xalqın öz dahi oğluna məhəbbət və ehtiramı bitib-tükənmir, əksinə, getdikcə artır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham bunun əyani göstəricisidir. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca dahi rəhbər Heydər Əliyevin ideyaları da yaşayacaq.

Sonra Zaur Qüdrətoğlunun ifasında Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən film-təqdimat nümayiş olundu.

Tədbir bədii hissə ilə davam etdirildi. Azərbaycanın Xalq artistləri Aygün Bayramova, Azər Zeynalov, Əməkdar artistləri Anar Şuşalı, Aygün Zeynalova və Elşən Rüstəmov, Milli Konservatoriyanın tələbələri Aysel İbrahimova, Nigar Cəlilova, Nihad Orucov, Cəlal İsayev və başqalarının ifasında Ulu Öndərin sevdiyi əsərlər səsləndirildi.

 

Keçidlər