Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov növbəti səyyar qəbul-görüş keçirdi

05 dekabr 2019 | 11:00

Dekabrın 5-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, 13 saylı tam orta məktəbin akt zalında  rayon sakinlərilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xüsusilə Azərbaycan Respublikası Prezidentinin cari ildə imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasını, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları sakinlərin diqqətinə çatdırdı.

İcra başçısı Yasamal rayonunda xüsusilə “Sovetski” deyilən ərazinin sökülərək yerində analoqu olmayan müasir tələblərə cavab verən parkın sakinlərin istifadəsinə verilməsinin şəhərimiz üçün böyük hadisə olduğunu bildirdi. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinlər məlumatlandırdı.

İcra başçısı cənab prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə SOCAR Yasamal RİH ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verdiyini növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini bildirdi.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısına və birinci xanıma öz minnətdarlıqlarını bildirdilər.

Görüşdə vətəndaşları narahat edən əsas məsələlər istilik, su, sosoial yardımların verilməsi ilə bağlı oldu. Rayon İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən problemlərlə bağlı xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər