Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Beynəlxalq Könüllülər Günü qeyd edildi

04 dekabr 2019 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibəti ilə görüş keçirildi. Görüşdə könüllülük fəaliyyətində iştirak edən gənclər və Könüllü kimi fəaliyyət göstərmək istəyən namizədlər iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iştirakçıları bayram münasibəti ilə təbrik edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır. Elşad Həsənov ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və Könüllü fəaliyyətinin çox önəmli olduğunu gənclərin nəzərinə çatdırdı. İcra başçısı qeyd etdi ki, BMT Baş Assambleyasının təklifi ilə 1985-ci ildən etibarən hər il üzv ölkələrdə 5 dekabr- Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur və Azərbaycan Könüllülük Həftəsində qeydə alınan namizədlərə uğurlar arzuladı.

Sonra Yasamal rayon Könüllülər qrupunda 2 ay müddətində fəaliyyət göstərən gənclərin hər birinə xüsusi sertifikatlar təqdim edildi, eləcə də 2019-cu il üzrə könüllülük fəaliyyətinin təşkil olunmasında fəal iştirak edən koordinator və Könüllülük fəaliyyətində fərqlənən gənclər Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olundular.

Könüllülük fəaliyyətində iştirak edən gənclər onlara yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Keçidlər