Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Elşad Həsənov A.Bakıxanov və İzmir küçəsinin sakinlərilə görüşdü

28 noyabr 2019 | 11:00

Noyabrın 28-də Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində A.Bakıxanov və İzmir küşəsinin 2, 4 və 5-ci binalarının sakinləri ilə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Elşad Həsənov sakinlərə ölkə başçısının son zamanlar həyata keçirdiyi sosial islahatlardan danışaraq, bu islahatlar nəticəsində minimum aylıq əməkhaqqı 250 manata çatdırıldığını, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının artırıldığını bildirdi. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu islahatlar haqqında sakinlərə məlumat verərək, islahatların dövlətimizi gücləndirəcəyini, iqtisadiyyatımızı daha yüksək inkişaf mərhələsinə qaldırmaqda ciddi rol oynayacağını diqqətə çatdıraraq yaxın gələcəkdə əhalinin sosial vəziyyətinin yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi üçün ciddi irəliləyişlərin əldə olunacağını da qeyd etdi.

Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Abad məhəllə” layihəsi Yasamal rayonunda uğurla həyata keçirilir və bu tədbirlər mütəmadi davam etdiriləcəkdir. Belə ki, bu məhəllənin də abadlaşdırlması nəzərdə tutulur, ilkin layihə hazırlanıb, tikinti işlərinə yaxın vaxtlarda başlanılacaqdır.

Tədbirin sonunda rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla Yasamal rayon İcra Hakimiyyətinin Elşad Həsənova müraciət etdilər. Sakinləri maraqlandıran əsas mövzular əraziyə verilən istilik, dam örtükləri və qəzalı vəziyyətdə olan eyvanların bərpası ilə bağlı idi.

İcra başçısı sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər