Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Əhməd Cəmil və Hüseyn Cavid prospektinin sakinlərilə görüşdü

21 noyabr 2019 | 11:00

Noyabrın 21-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Əhməd Cəmil küçəsinin və Hüseyn Cavid prospekti 577-ci məhəllənin sakinləri ilə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Rayon rəhbəri görüşün əvvəlində qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları operativ həll etməkdir.

Səyyar qəbul-görüşdə sakinlərə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verildi. Elşad Həsənov sakinlərə ölkə başçısının son zamanlar həyata keçirdiyi sosial islahatlardan danışaraq, bu islahatlar nəticəsində minimum aylıq əməkhaqqı 250 manata çatdırıldığını, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının artırıldığını bildirdi.İcra başçısı ikinci sosial paket çərçivəsində həyata keçirilən tədbirlərin 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olduğunuda vurğuladı. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir və 750 min nəfərin pensiyasında artım baş vermişdir. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir. Digər pensiyaçılara gəldikdə isə E.Həsənov 2020-ci ilin yanvarından bütün pensiyaların bir daha artırılacağını qetyd etdi.

Tədbirin sonunda rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova müraciətlər etdilər. Sakinləri maraqlandıran əsas mövzular əraziyə verilən istiliklə bağlı qarşıya çıxan problemlər, yaşayış binalarının dam örtükləri, ümumi təmiri və ünvanlı sosial yardımın təyin olunması ilə bağlı idi.

İcra başçısı sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər