Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları ilə görüş

15 noyabr 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyətində növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirildi.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, artıq altıncı ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-10-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Ötən müddətdə ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə 11 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Elşad Həsənov qeyd etdi ki, noyabrın 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada Yasamal rayon ümumtəhsil məktəblərindən 40 şagird rayonu təmsil edərək Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edəcəklər.

Turda iştirak edən şagirdlər qeyd etdilər ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya məktəblilərə Vətənimizi daha yaxından tanımaq baxımından geniş imkanlar açır və bu tur-aksiya ölkəmizi daha yaxından tanımaq baxımından çox əhəmiyyətlidir, çünki bizə Vətənimizi daha çox sevməyi öyrədir.

Tur-aksiya iştirakçılarının valideynləri ölkə başçısının aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğısından söz açdılar və öz təşəkkürlərini bildirdilər.

Keçidlər