Şriftin ölçüsü :

Saytın rəngi :

Elşad Həsənovun ilk qəbulu izdihamla müşayiət olundu

18 noyabr 2019 | 11:00

Noyabrın 12-də Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra Elşad Həsənovun noyabrın 18-də ilk rəsmi qəbulu rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərin çoxsaylı müraciətləri ilə müşayiət olundu. Yasamal rayon İcra Hakimiyyəti başçısının rəsmi qəbuluna 110 nəfərədək rayon sakini qeydiyyata alınmasına baxmayaraq qəbul keçirildiyi zaman inzibati binaya 600 nəfərədək Sovetski adlanan ərazidən evləri dövlət ehtiyacları üçün alınaraq söküldüyünə görə kompensasiya ödənilmiş sakinlər müraciət etdilər. Sakinlərin kütləvi müraciəti nəzərə alınaraq rayon İcra Hakimiyyətinin başçısı tərəfindən onlar rayon İcra Hakimiyyətinin akt zalında qəbul edilərək dinlənildilər. Sakinlərin özlərinin müəyyən etdikləri nümayəndələri onları narahat edən problemləri ümumiləşdirərək rayon rəhbərliyinin diqqətinə çatdırdılar. Yasamal rayon İcra Hakimiyyətinin başçısı E.Həsənov sakinlərin müraciətlərini dinlədikdən sonra onları narahat edən problemlərlə bağlı aidiyyəti üzrə təxirəsalınmadan məlumat veriləcəyini bildirdi.  Bundan sonra rayon İcra Hakimiyyətinin başçısının rəsmi qəbulu davam etdirildi. Qəbulda rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və rəsmi qəbul siyahısına daxil edilmiş və digər imtiyazlı rayon sakinləri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların müraciətlərində toxunulan məsələlərin müsbət həlli istiqamətində bütün zəruri tədbirlərin operativ surətdə həyata keçiriləcəyini bildirərək rayon İcra Hakimiyyətinin şöbələrinin, aidiyyəti strukturların və qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər