Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal RİH başçısı Əziz Əzizov Zahid Xəlilov küçəsinin sakinləri ilə görüşdü

31 oktyabr 2019 | 11:00

Oktyabrın 31-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Zahid Xəlilov küçəsi 43-də yerləşən Səadət MTK-nın sakinlərilə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi, sosial və struktur islahatları haqqında sakinlərə ətraflı məlumat verdi. İcra başçısı ölkəmizin böyük sürətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işlərinin Yasamal rayonunda da yüksələn templə davam etdiyini bildirdi. Ötən il rayon ərazisində 18 yeni abad məhəllənin istifadəyə verildiyini deyən icra başçısı 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə, Yasamal rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini, növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini qeyd etdi. Əziz Əziziov görüş keçirilən ünvanda da abad məhəllənin eskiz layihəsinin işlənilməsinə başlanıldığını və yaxın gələcəkdə həyətin abadlaşdırılacağını sakinlərin diqqətinə çatdırdı. Sakinləri narahat edən liftlərin dəyişdirilməsi məsələsinin  məhəllənin abadlaşdırılması zamanı yenisi ilə əvəzlənəcəyi bildirildi. 

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər. Sakinləri maraqlandıran məsələlər əsasən istilik, su və qurumuş ağacların budanması ilə bağlı olduğuna görə onların müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan digər məsələlərin tezliklə həyata keçiriləcəyini və cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verdi. Tədbirdən sonra icra başçısının rəhbərliyi ilə görüş keçirilən ünvanda qurumuş ağacların kəsilməsi ilə yanaşı  insanların həyatı üçün təhlükəli ağaclar da budandı.

Keçidlər