Şriftin ölçüsü :

Saytın rəngi :

Yol aydınlıqdır

25 oktyabr 2019 | 11:00

2-ci Alatava massivi abadlaşdırılır. Ötən ilin əvvəlindən başlayaraq Yasamal rayonunun illərlə diqqətdən kənarda qalan ərazilərində rayon sakinlərinin sosial problemlərinin həlli istiqamətində iri həcmli tədbirlər həyata keçirilir. Bir çox hallarda rayon sakinlərinin uzun illər ərzində nəticəsiz qalan müraciətləri öz müsbət həllini tapır. Belə ərazilərdən biri olaraq 2-ci Alatava yaşayış massivində son günlərdə həyata keçirilən abadlıq işlərini misal göstərmək olar. Bu ərazidə yaşayan sakinlər Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən abadlıq, təmizlik işlərinin onların sevincinə səbəb olduğunu və bu tədbirləri ruh yüksəkliyi ilə qarşıladıqlarını bildirirlər.  Sakinlərin sözlərinə görə burada abadlıq işlərinin aparılması barədə müraciətlərinə məhəl qoyan olmayıb, xüsusilə yolsuzluq ahıl və azyaşlıların narahatlığına səbəb olub. Bunu nəzərə alaraq 2-ci Alatava massivinin küçələrinə ümumilikdə 1000 kv.metr asfalt örtüyü döşənib, ərazi bütün növ tullantılardan təmizlənib. Əlavə olaraq 1350 kv.metr sahədə asfalt örtüyünün vurulması nəzərdə tutulub.

Yaşayış massivinin bundan sonrakı sanitar-gigiyena normalarına riayət olunması məsuliyyətini sözsüz ki, sakinlər də bölüşməlidirlər.

Keçidlər