Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Yasamal sakinləri ilə səyyar qəbul keçirildi

24 oktyabr 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində yenicə təmir olunmuş abad məhəllədə – 8 və 9-cu binanın sakinləri ilə keçirildi. Səyyar qəbul-görüşdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev ilə yanaşı rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək ölkə Prezidenti Cənab İlham Əliyevin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə Yasamal rayon İcra Hakimiyyəti ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini, növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə də bütün həyətləri əhatə edəcəyini qeyd etdi. İcra başçısı bunun əyani subutu olaraq Yeni Yasamalda 8 və 9 -cu binanın həyətində yaradılan abad məhəllənin yüksək keyfiyyətlə təmir olunaraq sakinlərin ixtiyarına verildiyini bildirdi. Yüksək səviyyədə təmir olunaraq başa çatdırılan abad məhəllədə yaxın bir ay ərzində müasir və son model liftlərin də quraşdırılacağı sakinlərin diqqətinə çatdırıldı.

İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu islahatlardan sakinlərə məlumat verərək, dövlətimizin güclənməsindən, iqtisadiyyatımızın daha yüksək inkişaf mərhələsinə çatmasından və yaxın gələcəkdə əhalinin sosial rifahının və həyat səviyyəsinin yüksəlməsi üçün ciddi irəliləyişlərin də əldə olunacağını da vurğuladı.

Daha sonra çıxış edən Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev vətəndaşlara göstərilən diqqət və qayğını bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini və yaxın gələcəkdə ölkəmizdə bir çox sosial problemlərin həll ediləcəyini vurğuladı.

Məruzəçilər Azərbaycanın nüfuzunun dünya ölkələri arasında artdığını,bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və ölkəmizin belə sabit inkişaf etməsində , təhlükəsiz ölkə kimi tanınmasında cənab Prezident ilham Əliyevin müstəsna xidmələri olduğunu sakinlərin diqqətinə çatdırdılar.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər. Sakinləri maraqlandıran məsələlər əsasən kommunal xidmətlər, məcburi köçkünlərin mənzil məslələri, istilik problemi,məişət tullantılarının atılması ilə bağlı olduğundan problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

Keçidlər